İmamoğlu Silivridə hakim qarşısına çıxdı! Budur onun ilk müdafiəsi


İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə başqanı vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən Əkrəm İmamoğlunun iştirak etdiyi paneldə İstanbul Baş prokuroru Akın Gürlek və ailəsinə qarşı təhdidedici ifadələr işlətdiyi üçün istintaq başladılıb.

Turkustan.az xəbər verir ki, istintaq nəticəsində hazırlanan ittihamnamədə İmamoğlunun “vəzifəsinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmə”, “hədələmə” və “terrorla mübarizədə iştirak etmiş insanları hədəfə alma” cinayətlərinə görə 2 il 8 aydan 7 il 4 aya qədər həbs cəzası, səsvermə və seçilmək hüququndan məhrum edilməsi, dövlət vəzifəsindən uzaqlaşdırılması tələb olunur.

Hazırlanan iddianamə çərçivəsində Əkrəm İmamoğlunun məhkəməsi başlayıb. İstanbul 14-cü Ağır Cəza Məhkəməsinin Mərmərə Cəza Müəssisələri Kampusu daxilindəki məhkəmə zalında keçirilən iclasda məhbus şübhəli Əkrəm İmamoğlu iştirak edib.

Məhkəməyə Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu, oğlu Səlim İmamoğlu, millət vəkilləri, Bələdiyyə Başçısı Sinem Dedetaş, çox sayda tamaşaçı və tərəflərin vəkilləri də qatılıb.

İmamoğlunun ilk sözləri "Hamınızı hörmətlə salamlayıram. Ümid edirəm ki, ölkəmiz adına sağlam qərarlar veriləcək. Açığı, bu gün buradayam və özümə sual verirəm ki, bir insan olaraq niyə buradayam və buna cavab tapmaqda çətinlik çəkirəm"-olub.

İmamoğlu: "Bu gün burada olduğum müddətdə illər əvvəl bu şəhərcikdə Ergenekon sui-qəsd davasını da izlədim. İstanbulu qazananın Türkiyəni qazanacağı iradəsinə qarşı qalib gəldiyim üçün bu gün həbsdəyəm"-deyə, əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ