Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ ilə təmaslarda milli maraqlardan çıxış edəcəklərini bildirərək, ikitərəfli münasibətlərin bərpası prosesi uzun çəkəcək, deyib.
Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Lavrov Qazaxıstanın Almatı şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.
Nazir Lavrov görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Ukrayna böhranından danışan Lavrov vurğulayıb ki, bu böhran ancaq onun əsas səbəblərini aradan qaldırmaqla həll edilə bilər.
ABŞ prezidenti Donald Trampın Ukrayna probleminin həllində maraqlı olduğunu bildirən Lavrov:
"Biz görürük ki, Avropa ölkələri, o cümlədən Böyük Britaniya mövcud vəziyyətin əsas səbəblərini tamamilə görməzlikdən gəlir, lakin ABŞ problemin mahiyyətini anlamaq istəyir. Tramp dəfələrlə deyib ki, Ukraynanın NATO-ya daxil olması səhv olub. Amerikalılar başa düşürlər ki, Zelenskinin istədiyi kimi 1991-ci il sərhədlərinə qayıtmaq mümkün deyil".
Rusiya ilə ABŞ arasında birbaşa uçuşların bərpası məsələsini müzakirə edən Lavrov bu məqsədlə Rusiyanın “Aeroflot” aviaşirkətinə qarşı sanksiyaların ləğv edilməli olduğunu vurğulayıb.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ-la görüşdə də bu məsələni gündəmə gətirdiklərini qeyd edən Lavrov, "Amerikalılar bu təklifi qəbul etdilər, lakin bu mövzuda hələlik heç bir addım görmədik" dedi.
Lavrov qarşılıqlı uçuşların bərpası üzərində işləməyə davam edəcəklərini bildirib.
Aytən Yaşar/ Turkustan.az