Türkiyədə Prezident yanında Strategiya və Büdcə İdarəsinin sədri İbrahim Şeneli müşayiət edən mühafizə xidmətinin avtomobili qəza törədib.
Turkustan.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında olub.
Belə ki, Anadolu yolunun Çamlıdere-Gerede hissəsində mühafizə maşını İstanbul istiqamətində hərəkət edən tankerin arxasına çırpılıb.
Qəzada polis məmuru İbrahim Güney və prezident aparatının sürücüsü Əhməd Ülger həlak olub.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub.
Səlahiyyətlilər faktla bağlı araşdırmaların başladığını qeyd edib.
/Globalinfo.az