Rus əsgərləri Kursk vilayətində Oleşnyaya möhkəmlətmək üçün hərəkət edən bir qrup ukraynalı paraşütçüyə zərbələr endirib.
Turkustan.az xəbər verir ki,Rusiya təhlükəsizlik orqanlarından TASS-a verilən məlumata görə, ümumilikdə Ukrayna Silahlı Qüvvələri Kursk vilayətindəki Oleşnya ferması ərazisində böyük itkilər verir.
"Onlar Yunakovka ərazisindən bir qrup Ukrayna desantının göndərildiyi "Oleşnya" fermasının bir hissəsini saxlamağa çalışır. Ukrayna bölmələri atəşə tutulub, canlı qüvvəsi məhv edilib. Ukrayna Silahlı Qüvvələri burada böyük itkilər verir"-deyə, agentliyin mənbəsi bildirib.
Aytən Yaşar/ Turkustan.az