Rusiya Ermənistana “tezliklə sizinlə məşğul olacağıq” xəbərdarlığını edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri mənbələrinə istinadən yazır.
Xəbərdarlıq xarici işlər naziri Sergey Lavrov tərəfindən edilib. Lavrov aprelin 7-də Rusiyada akreditə olunmuş xarici diplomatlarla görüş keçirib. Moskvada baş tutan görüşdə Avrasiya regionunda təhlükəsizlik məsələləri müzakirə edilib. Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanın da iştirak etdiyi görüşdə Lavrov “NATO ölkələrinin Asiya-Sakit Okeanı regionunda sabitliyi pozmağa yönəlmiş hərəkətlərinə, Yaxın Şərqdəki vəziyyətə, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitliyə yaranan təhdidlərə” diqqət çək/publika.azib.
Nəşrin əldə etdiyi məlumata görə, Lavrov görüşdə Ermənistana xəbərdarlıq edib.
“Lavrovun Arsenyanla münasibətləri çox yaxşı olsa da, xəbərdarlığı kifayət qədər sərt olub. Bildirib ki, tezliklə Rusiya-Ukrayna müharibəsindən istifadə edərək Qərbin təsir dairəsini Moskvaya qarşı genişləndirən region ölkələri ilə məşğul olacaqlar. O, bu məsələdə Ermənistanın adını xüsusilə çəkib”, - nəşr yazır.