Ötən ay ABŞ prezidenti Donald Tramp İranla danışıqlara başlamaq üçün İranın ali lideri Əli Xamneyiyə məktub göndərib.
Turkustan.az xəbər verir ki, Trampın məktubunda əsas məsələ İranın nüvə proqramı olub. Danışıqlar tələb edən ABŞ prezidenti dəfələrlə bəyan edib ki, İran nüvə silahı əldə edə bilməyəcək; İran tərəfi artıq belə bir niyyətlərinin olmadığını bildirmişdi.
İran rəsmiləri Trampın məktubuna cavab verib, birbaşa danışıqları rədd edib, lakin dolayı danışıqlarda maraqlı olduqlarını bildiriblər.
Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar nəticəsində iki ölkənin Omanda görüş keçirməsinə qərar verilib.
Ağ Ev görüşün birbaşa keçiriləcəyini iddia etsə də, İran tərəfi görüşün Oman rəsmiləri vasitəsilə “dolayısı” ilə keçiriləcəyini bildirib.
Danışıqlara ABŞ tərəfdən Stiv Vitkoff, İran tərəfdən isə xarici işlər naziri Abbas Erakçi rəhbərlik edəcək.
ABŞ-da yerləşən “Axios” xəbər platformasının avropalı diplomata istinadən verdiyi məlumata görə, İran ABŞ-a müvəqqəti nüvə sazişi təklif edəcək.
Beynəlxalq Böhran Qrupunun İran Layihə Direktoru Əli Vaizin sözlərinə görə; İran rəsmiləri hesab edirlər ki, qısa müddətdə hərtərəfli razılaşma əldə etmək mümkün deyil və hərtərəfli razılaşmaya keçməzdən əvvəl müvəqqəti razılaşma təklif edəcək.
Axios-un fikrincə, müvəqqəti razılaşmanın müddəalarına İranın uranın zənginləşdirilməsini dayandırmaq daxil ola bilər.
Ekspertlər deyirlər ki, uranın zənginləşdirilməsinin dayandırılması hərtərəfli razılaşmaya doğru bir addım ola bilər.
Aytən Yaşar/ Turkustan.az