Fevralın 27-də İstanbulda keçirilən görüşdən sonra Rusiya və ABŞ nümayəndə heyətləri səfirliyin fəaliyyətini müzakirə etmək üçün bu gün İstanbulda yenidən bir araya gəlib.
Turkustan.az xəbər verir ki, görüş təxminən 6 saat davam edib. Görüşdən sonra nümayəndə heyətləri bəyanatla çıxış ediblər
Səfirliyin fəaliyyəti ilə bağlı məsələlərin müzakirə edildiyi görüş Rusiyanın Beyoğludakı Baş Konsulluğunda saat 09.45-də başlayıb və saat 15.35-də başa çatıb.
Görüşdən sonra ABŞ nümayəndə heyəti Rusiyanın İstanbuldakı Baş Konsulluğunu tərk edib və məsələ ilə bağlı hər hansı açıqlama verilməyib.
İclasda Rusiya nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Rusiya və Mərkəzi Avropa üzrə müavini Sonata Koulter rəhbərlik edib.
Görüş bir çox türk və xarici mətbuat nümayəndələrinin böyük marağına səbəb olub.
ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce İstanbulda keçiriləcək ikinci iclasda yalnız “səfirlik əməliyyatları”nın müzakirə olunacağını, Ukraynanın təhlükəsizliyi və ya hər hansı digər siyasi və ya təhlükəsizlik məsələsinin gündəmdə olmayacağını bildirmişdi.
Aytən Yaşar/ Turkustan.az