ABŞ prezidenti Donald Tramp Çinlə bağlı yeni açıqlama verərək: "Çin ilə razılaşmaqdan məmnun olaram. Düşünürəm ki, bu, sonda hər iki ölkə üçün xeyirli bir şey olacaq"-deyə, bildirib.
Turkustan.az xəbər verir ki, Ağ Ev, ABŞ prezidenti Donald Trampın dünən açıqladığı Çinə tətbiq edilən tarif dərəcəsinin yüzdə 125-ə qaldırılacağını, yalnız qarşılıqlı tarifləri əhatə etdiyini, fentanil böhranı səbəbiylə tətbiq edilənlər də nəzərə alındıqda ümumi tarif dərəcəsinin yüzdə 145-ə çatdığını bildirib.
Aytən Yaşar/ Turkustan.az