ABŞ prezidenti Donald Trampın gələn ay Yaxın Şərq turnesinə çıxacağı gözlənilir. Turu çərçivəsində Səudiyyə Ərəbistanı və Qətərə səfər edəcək Trampın turunu başa vurduqdan sonra Türkiyəyə də səfər edə biləcəyi iddia edilib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın gələn ay Yaxın Şərq turu çərçivəsində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəyi gözlənilir.
CNN-in məlumatına görə, Tramp Yaxın Şərq turunu başa vurduqdan sonra Türkiyəyə də səfər edə bilər. Kanalın baş müxbiri Aleks Marquardt xəbərini adı açıqlanmayan mənbələrə əsaslanaraq yazıb.
Aytən Yaşar/ Turkustan.az