ABŞ Çinə tətbiq etdiyi tarifləri 145 faizə qədər artırıb.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp qlobal bazarları vecinə almadan Çinə qarşı rüsumları növbəti dəfə artırıb. Dünən sonuncu dəfə 125 faiz olduğunu açıqlayan Tramp indi Çinə tətbiq edilən vergini 145 faizə yüksəldib.
Son olaraq Ağ Evdə kömür mədənçilərinin qatıldığı proqramda danışan Tramp tariflərlə bağlı: "Çox eşitdiyiniz tariflər, biz bu tariflərə görə hər gün az qala 2 milyard dollar qazanırıq. Bəli, gündə 2 milyard dollar və işimiz çox yaxşı gedir, həqiqətən də çox yaxşı"-deyə, bildirmişdi.
Aytən Yaşar/ Turkustan.az