Rusiyaya gələn əcnəbilər ölkədə 30 gün qala biləcəklər


Rusiyanın baş naziri Mixail Mişustin elektron viza (e-Visa) ilə Rusiyaya gələn xarici vətəndaşların qalma müddətinin 16 gündən 30 günə qədər artırıldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Mişustin paytaxt Moskvada hökumətlə görüşdə e-Viza sistemi ilə bağlı açıqlamalar verib.

Mişustin 2 il ərzində 64 ölkə vətəndaşının elektron viza ilə Rusiyaya səfər edə bildiyini və bu müddət ərzində bir milyondan çox insanın elektron vizadan yararlandığını bildirib. O: "Elektron viza ilə ölkədə qalma müddətinin artırılması ilə bağlı qanunvericilikdə dəyişikliklər olacaq. Bu müddət 16 gün əvəzinə 30 gün olacaq"-deyə, bildirib.

Elektron vizanın etibarlılıq müddətinin 60 gün əvəzinə 120 gün olacağı barədə məlumatı paylaşan Mişustin bunun xarici vətəndaşların Rusiyada daha çox səyahət etməsinə imkan yaradacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ