Avropa İttifaqı (Aİ) ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi tariflərə qarşı tədbirləri 90 gün müddətinə dayandıracağını açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Çindən başqa bütün ticarət tərəfdaşlarına tətbiq edilən əlavə tarifləri 90 gün müddətinə dayandıracağını elan etdikdən sonra Aİ Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabında bunları paylaşıb.
Trampın tariflərlə bağlı açıqlamalarını nəzərə aldıqlarını və danışıqlara şans vermək istədiklərini vurğulayan Von der Leyen: "Üzv dövlətlərimizdən güclü dəstək gördüyümüz AB əks tədbirlərinin qəbulunu tamamlayana qədər onları 90 gün müddətinə dayandıracağıq" deyib.
Von der Leyen danışıqların qənaətbəxş nəticə vermədiyi təqdirdə əks tədbirlərin görüləcəyini bildirib və əlavə edib: "Əlavə cavab tədbirləri üçün hazırlıqlar davam edir. Bütün variantlar masa üzərindədir".
Bildirək ki, 75-dən çox ölkənin nümayəndəsinin zəng edib gömrük tarifi məsələsinin həlli üçün danışıqlar aparmaq istədiklərini qeyd edən Tramp ABŞ-a qarşı qisas almayan bu ölkələrə xoşməramlı olaraq əlavə tarifləri 90 gün müddətinə dayandırdığını və bu müddət ərzində qarşılıqlı tarif dərəcəsinin aşağı həddinin 10% olaraq tətbiq ediləcəyini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az