İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində Əkrəm İmamoğlunun saxlanması ilə başlayan və həbsi ilə davam edən etirazlarda çoxlu tələbə saxlanılıb və həbs edilib.
Turkustan.az xəbər verir ki, hadisənin əks-sədası davam edərkən, aralarında "Hər şey yaxşı olacaq" şüarı ilə tanınan CHP-nin PM üzvü seçilən Berkay Gezgin də daxil olmaqla 102 nəfərin azadlığa buraxılmasına qərar verilib. 25 nəfərin ev dustaqlığı da götürülüb.
CHP-nin sədr müavini Burhanəddin Bulut məsələ ilə bağlı açıqlama verərək: "Qanunsuz həbs edilən Partiya Məclis üzvümüz Berkay Gezgin də daxil olmaqla 102 gəncimiz sərbəst buraxıldı. Xoş gəldiniz Berkay Gezgin. Digər yoldaşlarımıza və gənclərimizə də bunu arzulayıram"-deyib.
Aytən Yaşar/ Turkustan.az