Rusiya səfirliyinin ABŞ-Çin gərginliyi ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO


Rusiyanın Nayrobidəki səfirliyinin sosial media hesabından ABŞ-Çin gərginliyi ilə bağlı edilən paylaşım qısa müddətdə gündəm olub.

Turkustan.az xəbər verir ki, səfirliyin “X” sosial media platformasında “Tarif müharibələri” şərhi ilə paylaşdığı fotoda ABŞ-ın gömrük tariflərini xatırladıb.

Görüntüdə ABŞ, Avropa İttifaqı (Aİ) və Çin bayraqlarını təmsil edənlər bir-biri ilə vuruşur, Rusiya bayrağını təmsil edən şəxs isə baş verənləri uzaqdan izləyir. Burada Rusiyanın “sakit tamaşaçı” kimi göstərilməsi diplomatik mesaj olaraq şərh edilib.

ABŞ prezidenti Donald Trampın baş müşaviri İlon Maskın bu paylaşıma gülüş emojisi ilə şərh verməsi isə görüntünün sosial mediada yayılmasını daha da sürətləndirib. Sözügedən paylaşıma 5 milyon çox izlənmə gəlib.

Həmin görüntünü təqdim edirik:

/publika.az


MANŞET XƏBƏRLƏRİ