“Bayraktar”dan növbəti uğur – Dünyada bunu bacaran ilk PUA oldu + VİDEO


Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal olunan “Bayraktar TB2” pilotsuz uşuş aparatı (PUA) dünyada bir ilkə imza atıb.

Belə ki, PUA avtonom virildən çıxma manevrasını uğurla həyata keçirərək dünya aviasiya tarixində bu manevranı edən ilk PUA olub.

Uçuş testi zamanı qəsdən viril vəziyyətinə salınan “Bayraktar TB2” idarəetmə alqoritmləri sayəsində bu kritik vəziyyətdən avtonom şəkildə çıxaraq sabit düz uçuş vəziyyəti alıb.

Məlumata görə, indiyə qədər heç bir PUA tərəfindən uğurla tətbiq edilməmiş bu manevr, xüsusilə nəzarət itkisi senarilərində platformanın missiyasını davam etdirməsini təmin edərək əməliyyat etibarlılığını mühüm dərəcədə artırır.


MANŞET XƏBƏRLƏRİ