ABŞ və İsrail İrana qarşı hərbi təhdidlərini davam etdirərsə, İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandıracaq və agentliyin bütün inspektorlarını ölkədən çıxaracaq.
Turkustan.az xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyinin siyasi məsələlər üzrə müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusu generalı Əli Şamxani açıqlama verib.
"Xarici ölkələrdən gələn təhdidlərin davam etməsi və İrana hərbi hücum cəhdləri, məhdudlaşdırıcı tədbirlərin görülməsinə səbəb ola bilər. Bunlar arasında MAQATE-nın inspektorlarını ölkədən qovmaq və onlarla əməkdaşlığı dayandırmaq da var. Bir başqa addım isə zənginləşdirilmiş uranın İranın təhlükəsiz və bilinməyən yerlərinə köçürülməsi ola bilər", - deyə general "X" sosial şəbəkəsində qeyd edib. /Cebheinfo.az/