Xamenei barəsində həbs qərarı çıxarıldı


Argentina prokurorları 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzinin partladılmasına görə İranın ali rəhbəri Ayətullah Əli Xamenei barədə həbs qərarı çıxarıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

“Prokuror Sebastian Basso federal hakim Daniel Rafekasdan İranın ali dini lideri Əli Hüseyni Xamenei üçün milli və beynəlxalq həbs orderi verilməsini istəyib”, – hesabatda qeyd olunur.

Eksperlər belə bir tədbirin Buenos-Ayres və Tehran arasında münasibətləri xeyli pisləşdirə biləcəyini proqnozlaşdırır.

Qeyd edək ki, Argentina Yəhudi Mədəniyyət Mərkəzində partlayış 1994-cü il iyulun 18-də baş verib. Ölkə tarixində ən irimiqyaslı terror aktı 85 nəfərin ölümü və 200-dən çox insanın yaralanması ilə nəticələnib. Hücuma görə günahı Livanın “Hizbullah” təşkilatı üzərinə götürüb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ