ABŞ rəhbərliyi İranın nüvə proqramlarını dəstəklədiklərini əsas gətirərək, İranın 5 qurumuna və bir fiziki şəxsə sanksiya tətbiq etdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi açıqlamasında bildirib ki, sanksiyalar sözügedən təşkilat və şəxslərə İranın Atom Enerjisi Təşkilatına (AEOI) bağlı olan İran Sentrifüj Texnologiyaları Şirkəti daxil olmaqla, ölkənin nüvə proqramını idarə edən və nəzarət edən qurumları dəstəklədikləri üçün tətbiq edilib.
Açıqlamada deyilir ki, “Thorium Power Company” (TPC), “Pars Reactors Construction and Development Company” (Satra Pars), “Azarab Industries Co. (Azarab) AEOI-yə birbaşa və ya dolayı sahib olduqları üçün sanksiyalar siyahısına daxil edilib.
Həmçinin İranda yerləşən “Atbin İsta Texniki və Mühəndislik Şirkəti”nin (AIT) TESA-ya dəstək verdiyi və həm şirkətə, həm də onun sədri və baş meneceri Məcid Mosallat-a qarşı sanksiyaların da tətbiq ediləcəyi qeyd edilib.
Bildirilib ki, “Pegah Aluminium Arak Company”nin (Pegah) da TESA üçün alüminium məhsulları istehsal etdiyi üçün siyahıya daxil edilib.
Aytən Yaşar/ Turkustan.az