Fransa prezidenti Emmanuel Makron yaxın aylarda Fələstin dövlətini tanıya biləcəklərini bəyan edib.
Turkustan.az xəbər verir ki, Makron əvvəlki çıxışlarında Fələstin dövlətinin tanınmasının onlar üçün tabu olmadığını bildirmişdi.
Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətini yaxın aylarda tanıya biləcəklərini və bunun iyun ayında həmsədrlik edəcəyi iki dövlət həlli ilə bağlı beynəlxalq konfrans çərçivəsində ola biləcəyini açıqlayıb.
Makron Misirə iki günlük səfərindən sonra France 5 telekanalına müsahibəsində Fələstin dövlətinin tanınması məsələsinə toxunub.
"Biz (Fələstinin) tanınması istiqamətində hərəkət etməliyik və yaxın aylarda oraya çata bilərik." Makron ifadələrindən istifadə edərək iyun ayında Səudiyyə Ərəbistanı ilə həmsədrlik edəcəkləri iki dövlətli həll mövzusunda beynəlxalq konfransa işarə edib.
O, konfransda Fələstinin tanınması məsələsini yekunlaşdırmağı hədəflədiklərini bildirib.
Aytən Yaşar/ Turkustan.az