Rusiya Ordusunda döyüşən Çin vətəndaşlarının sayı açıqlandı


The Wall Street Journal nəşri Ukrayna kəşfiyyatına istinadən bildirib ki, 150-dən çox Çin vətəndaşı Rusiya ordusuna qoşularaq Ukraynaya qarşı döyüşür.

Turkustan.az xəbər verir ki, nəşrin məlumatına görə, bu şəxslər əsasən muzdlu döyüşçülərdir və pul müqabilində Rusiya tərəfinə keçiblər.

Ukrayna kəşfiyyatının təqdim etdiyi sənədlər arasında 13 Çin vətəndaşının pasport məlumatları və fotoları, həmçinin 168 nəfərlik ayrıca siyahı yer alır. Siyahıda adlar, doğum tarixləri, müqavilə imzalanma tarixləri və xidmət etdikləri bölmələrin adları qeyd olunub.

Bu şəxslərin əksəriyyəti sıravi atıcı kimi xidmət göstərsə də, bəziləri zərbə dronlarının operatoru kimi daha texnoloji vəzifələrdə çalışırlar.

Qərb rəsmilərindən biri qeyd edib ki, bu şəxslərin çoxu muzdlu olaraq Rusiya ordusuna cəlb edilib. Çin isə hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyib. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ