ABŞ prezidenti Donald Trampın ötən həftə açıqladığı yeni tariflər dünya bazarlarına seysmik təsir göstərib.
Turkustan.az xəbər verir ki, valyuta və qızıl qiymətləri kəskin ucuzlaşsa da, dünya birjaları çökdü.
Əvvəllər vergilərdən geri çəkilməyəcəyini bəyan edən Tramp indi qərarından geri çəkilib. O, bütün ölkələrə tarifləri 90 gün müddətinə dayandırıb.
Digər tərəfdən Tramp 84 faizlik gömrük rüsumu tətbiq edəcəyini açıqlayan Çinə tətbiq edilən tarifi 125 faizə qaldırıb. Tramp Çinin tarifləri dayandırmaq qərarından kənarda qaldığını bildirib.
Aytən Yaşar/ Turkustan.az