İsrail Rəfahı işğal etməyi planlaşdırır - KİV


Haaretz qəzetində yer alan xəbərə görə, İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah və Xan Yunis şəhərlərini ayıran Moraq dəhlizi ilə Misir sərhədindəki Filadelfi dəhlizi arasında 75 kvadrat kilometrlik ərazidə “bufer zona” yaratmağı planlaşdırır.

Turkustan.az xəbər verir ki, İsrail ordusunun qurmağı planlaşdırdığı “bufer zona” ilə bütün Rəfah şəhəri İsrailin işğalı altında qalacaq.

Bu “bufer zona” ilə orta ərazisi 360 kvadrat kilometr olan Qəzza zolağının beşdə biri və əvvəllər yardımın çatdırıldığı Misir sərhədinin Qəzza tərəfi İsrail ordusunun nəzarətinə keçir.

Fələstinlilərin Qəzza zolağında İsrailin “bufer zonalar” adlandırdığı ərazilərə daxil olmasına icazə verilmir.

İsrail ordusu sözügedən ərazini işğal etməyi və “Rəfahdan məcburi köçkün edilmiş fələstinlilərin şəhərə qayıtmasına və bölgədəki binaları sökməyə imkan verməməyi” planlaşdırır.

Bildirilir ki, sözügedən plan “Rəfah şəhərinin dağıdılması deməkdir”.

Bildirilir ki, Rəfah şəhərinin işğalı və "bufer zona"ya daxil edilməsi Qəzzanın Misirlə sərhəddini itirməsinə və "yalnız İsrail daxilində yaşayış məntəqəsinə" çevrilməsinə səbəb olacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Aprel 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930