Trampdan Çinə daha bir ZƏRBƏ: Rüsum 125 faiz oldu


ABŞ prezidenti Trampın Çinin 84 faizlik tariflərə cavab reaksiyası sürətli olub. Tramp Çinə tətbiq edilən rüsumları 125 faiz artırıb.

Turkustan.az xəbər verir ki, eyni zamanda onunla əlaqə saxlayan və qisas almayan 75-dən çox ölkə üçün əlavə rüsumları 90 günlük dayandırdığını elan etdi.

Bildirək ki, Tramp “qurtuluş günü” olaraq xarakterizə etdiyi 2 apreldə digər ölkələrə tətbiq olunacaq qarşılıqlı tarif dərəcələrini açıqlayıb.

Əsas tarif dərəcəsinin yüzdə 10 olacağını bildirən Tramp, digər ölkələrin tətbiq etdiyi tarifləri və tarifsiz maneələri nəzərə alaraq, ölkələrə görə dəyişən gömrük rüsumları dərəcələrini paylaşıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ