Afyonkarahisar Bələdiyyəsinin məclis toplantısında çıxan mübahisə zamanı Bələdiyyə Başçısı Burcu Köksal söz haqqı almadan çıxış edən AK Partiya Divan üzvü Mahmud Ekicini zaldan qovub.
Turkustan.az xəbər verir ki, Köksal Ekicinin çıxarılması üçün polis qruplarına təlimat verərkən qısa anlıq gərginlik yaşanıb. Ekici zaldan çıxarkən, məni işdən çıxara bilməzsiniz, öz başıma gedirəm, deyə, cavab verib.
Dünənki iclasda Ekiciyə sərt münasibət bildirən CHP üzvü Mustafa Karanfil, "Kobud olma, prezidentlə bu cür danışa bilməzsən, otur. Barmağını prezidentə göstərə bilməzsən. O barmağını sındıraram, tərbiyəsiz"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az