Rusiya Xarici İşlər Nazirliyi iki rumıniyalı diplomatın ölkədən çıxarıldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Rusiya Buxarestdəki rus diplomatlarının persona non-qrata elan edilməsinə cavab olaraq iki rumıniyalı diplomatı ölkədən çıxarıb.
“Aprelin 9-da Rumıniyanın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Liliana Burda Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə çağırılıb və ona nazirliyin Moskvadakı Rumıniya diplomatik missiyasında müdafiə məsələləri üzrə attaşesi və onun müavini “persona non qrata” elan edilməsinə dair notası təqdim edilib.
“Bu tədbir Rumıniya tərəfinin Rusiyanın Buxarestdəki səfirliyindəki hərbi attaşesini və onun köməkçisini “persona non qrata” elan etmək barədə əvvəllər heç bir əsası olmayan qərarına cavabdır”-deyə, Rusiya Xarici İşlər Nazirliyi izah edib.
Aytən Yaşar/ Turkustan.az