İsrailin baş naziri Binyamin Netanyahu Vaşinqtona rəsmi səfəri zamanı videomüraciət yayıb.
Turkustan.az xəbər verir ki, Netanyahu Türkiyənin Suriyada hərbi bazalar qurmaq istədiyini və bunun İsrail üçün təhlükə yaratdığını iddia edib.
"Türkiyənin Suriyada hərbi baza qurmaq istəyi İsrail üçün təhlükə yaradır. Biz buna qarşıyıq və buna uyğun hərəkət edirik. Dostum və eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dostu olan Donald Trampa bu mövzuda köməyə ehtiyacımız olarsa, onlarla danışacağımızı dedim”, - deyə baş nazir söyləyib./publika.az