Kiyev rejimi Rusiya tərəfinin ciddi şəkildə müşahidə etdiyi bu cür hərəkətlərə qoyulan moratoriumun pozulması ilə hər gün Rusiya ərazisindəki enerji obyektlərinə zərbələr endirir.
Turkustan.az xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova deyib.
“Rusiya Federasiyası və ABŞ prezidentləri tərəfindən martın 18-də razılaşdırılmış enerji obyektlərinin atəşə tutulmasına 30 günlük moratoriumun dəstəklənməsinə dair öz bəyanatlarına baxmayaraq, Kiyev rejimi Rusiyanın energetika infrastrukturuna gündəlik zərbələr endirməkdə davam edir”-deyə, diplomat qeyd edib.
Aytən Yaşar/ Turkustan.az