Rusiya özünün mənəvi, tarixi və insani haqlılığına əmindir.
Turkustan.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “TASS Children” layihəsinə müsahibəsində deyib.
"Bizim xəttimiz ondan ibarətdir ki, bu müqəddəs xatirə heç vaxt tarixi tərk etmir, bütün nəsillərin, o cümlədən gələcək nəsillərin yaddaşını heç vaxt tərk etmir, dəyişməz qalır və biz öz tarixi, mənəvi, insani haqlı olduğumuza əminik".
Rusiya diplomatik departamentinin rəhbəri Qərbin tarixi yenidən yazmaq cəhdləri və Avropanın Rusiya Federasiyasını döyüş meydanında məğlub etmək istəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Aytən Yaşar/ Turkustan.az