Ukraynada genişmiqyaslı böhran başlayandan bəri Amerika silahlarının satışı 600% artıb və Avropadan gələn sifarişlərin həcmi 265 milyard dollara çatıb.
Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Komandanı, amerikalı general Kristofer Kavoli deyib.
O vurğulayıb ki, müttəfiqlər üçün müxtəlif silah sistemlərinin uyğunluğunu təmin etməyin ən asan yolu onları ABŞ-dan almaqdır.
"Hazırda 265 milyard dollar dəyərində satış üçün 4000 müraciət var. Avropa ölkələri silah istehsalçısı kimi ABŞ- dan alış-veriş etmək üçün sıraya girirlər ", - Kavoli deyib.