“SONAR” araşdırma mərkəzinin rəhbəri, türkiyəli analitik Hakan Bayrakçının “CNN Türk” kanalında yayımlanan proqramdakı verdiyi açıqlamalar böyük maraqla qarşılanıb.
Ötən gün Ağ Evdə ABŞ Prezidenti Donalda Trampla görüşən İsrail Baş naziri Benyamin Netanyahunun “Suriyada Türkiyə ilə münaqişə istəmirik” açıqlamasını dəyərləndirən Bayrakçı bildirib ki, İsrailin bölgədə çəkindiyi yeganə ölkə Türkiyədir.
O, Türkiyə Silahlı Qüvvələrinin 72 saatərzində israilin paytaxtıTəl-Əvivi ələ keçirə biləciyini iddia edib.
“Türk ordusu istəsə, 72 saatda Təl-Əvivə girə bilər. Bu, nə təhdid, nə də şişirtmədir, türk millətinin və ordusunun böyük çəkindirici gücünün bariz göstəricisidir”, - deyə o, qeyd edib.
Bayrakçının bu açıqlaması sosial şəbəkələrin Türkiyə seqmentində rezonans doğurub. /AzPolitika.info/