ŞOK: ABŞ Çinə 104 faiz rüsum tətbiq etdi


ABŞ aprelin 9-dan Çin məhsullarına 104% rüsum tətbiq etməyə başlayacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Fox Business-in jurnalisti Edvard Lourens Ağ Evə istinadən məlumat verib: "Ağ Evin mətbuat katibi bildirib ki, əlavə 104%-lik tariflər Şərqi Sahil vaxtı ilə günorta saatlarında qüvvəyə minib, çünki Çin cavab tariflərini qaldırmayıb. Əlavə 104%-lik tariflər aprelin 9-da tətbiq edilməyə başlayacaq"-deyə, o yazıb.

Amerika administrasiyasının jurnalistə izah etdiyi kimi, sözügedən rüsumlar Şərqi Sahil vaxtı ilə gecə yarısından etibarən Çindən gələn mallara tətbiq ediləcək.

İlin əvvəlində ABŞ və Çin artıq martın 4-də ABŞ tərəfində 20%-ə çatan qarşılıqlı tariflər tətbiq etdilər. Tramp həm Çin, həm Kanada, həm də Meksikaya rüsumların tətbiq edilməsinə səbəb kimi bu ölkələrin hökumətlərinin fentanil adlı narkotik maddənin yayılması ilə mübarizədə kifayət qədər səy göstərmədiyini göstərib. Aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara yeni tariflərin tətbiq olunduğunu açıqlayıb. Çinə gəlincə, Amerika tarifləri 34% olaraq təyin olundu və bununla da 54%-ə çatdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ