Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə cari məsələləri müzakirə edib.
Turkustan.az xəbər verir ki, Rusiya və ABŞ nümayəndə heyətləri arasında aprelin 10-da İstanbulda keçiriləcəyi deyilən danışıqlarla bağlı sualı cavablandıran Peskov, "Tərəfimiz Xarici İşlər Nazirliyi səviyyəsində təmsil olunacaq, nazirlik lazım olan məlumatları açıqlayacaq" deyib.
Rusiya ilə ABŞ arasında Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (Yeni START) yenidən həyata keçirilmə ehtimalını dəyərləndirən Peskov, ilk növbədə ABŞ ilə ikitərəfli əlaqələrin yaxşılaşdırılması lazım olduğunu söyləyərək: "Hazırda strateji sabitliyə dair müzakirələr haqqında düşünmək çətindir. Çünki bu cür danışıqlar ikitərəfli münasibətlərin müəyyən səviyyəyə çatması və qarşılıqlı etimadın qurulmasını tələb edir"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az