Özgür Özəl Baxçalıya öz videosu ilə cavab verdi: Vəziyyət qarışdı


Martın 19-da İstanbul Böyükşəhər Bələdiyyəsində həyata keçirilən əməliyyatda Əkrəm İmamoğlu və bir çox həmkarının saxlanmasından sonra CHP sədri Özgür Özəl xalqın iradəsinə zərbə vurulduğunu bildirərək, “Ərdoğan xalqın dəstəyini alan bir prezident deyil, xalqın dəstəyini qazana bilən rəqiblərini hədəf alan bir prezidentdir. O. seçkilərdən və küçələrdən qorxur"-deyə, bildirib.

Turkustan.az xəbər verir ki, Özəlin “xunta” açıqlaması ictimaiyyətdə yeni müzakirələr alovlandırarkən, bir çox nazirin ardıcıl reaksiyalarından sonra MHP sədri Dövlət Baxçalı da sərt paylaşım edib. Baxçalı, prezidentimizə atılan böhtanlar tam bir ağılsızlıq, sağlam düşüncənin yoxsulluğu və həqiqət işığına və milli iradəyə dözə bilməyən zavallı potensial çevriliş həvəskarının düşüncələridir... "Xunta" CHP deməkdir və bunu hamı bilir, deyə açıqlama verib.


CHP lideri Özəldən Baxçalının sözlərinə reaksiya da sürətli olub. X hesabından paylaşım edən Özəl Baxçalının keçmiş qrup toplantısında etdiyi çıxışda istifadə etdiyi, "Ədalətin nəfəsini kəsən iqtidar xunta hökumətlərini xatırladan şəkildə öz qanunlarını qurur" , sözlərinin videosunu paylaşıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ