Filippinin Neqros adasındakı Kanlaon vulkanında püskürmə baş verib.
Turkustan.az xəbər verir ki, Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) Kanlaon vulkanının yerli vaxtla saat 05:51-də aktivləşdiyini açıqlayıb.
İlkin məlumatlara görə, vulkan püskürmə zamanı havaya 4000 metr kül səpib.
Regional stansiyanın kameraları yamaclarda lavanın püskürdüyünü göstərib.
Kanlaon vulkanı 2024-cü ilin iyun və dekabr aylarında da aktiv idi. Püskürmələrdən sonra Kanlaon vulkanı üçün xəbərdarlıq səviyyəsi 2-dən 3-ə qaldırılıb. /Musavat.com/