Microsoftun 50 illik yubiley gecəsində şirkətin İsrailə göstərdiyi xidmətlərə reaksiya verən Vaniya Aqraval və İbtihal Aboussadın işdən qovulduğu bildirilir.
Turkustan.az xəbər verir ki, Amerikanın CNBC kanalının internet saytında yer alan xəbərə görə, işçilərini təmsil edən bir qrup şirkətin süni intellekt departamentindən proqram mühəndisləri Aqraval və Aboussadın "Microsoft"-un İsrailə təqdim etdiyi xidmətə etiraz etdikdən sonra işdən çıxarıldıqlarını açıqlayıb.
“Biz belə nəticəyə gəldik ki, sözügedən davranış ictimaiyyətin diqqətini cəlb etmək və çoxdan gözlənilən bu hadisəni ən yaxşı şəkildə pozmaq məqsədi ilə edilib” – “qəsdən sui-istifadə, itaətsizlik və ya vəzifə borcunu bilərəkdən pozduğuna” görə işdən qovulan Aboussad-a göndərilən mesajda deyilir.
Aqravala göndərilən mesajda onun aprelin 11-də təqdim etməyi planlaşdırdığı istefasının “dərhal” qüvvəyə mindiyi qeyd edilib.
“Microsoft” şirkəti hələlik hadisə ilə bağlı açıqlama verməyib.
Bildirək ki, "Microsoft"-un baş icraçı direktoru (CEO) Mustafa Süleymanın şirkətin 50 illik yubiley gecəsində çıxışı Microsoft-un İsraillə razılaşmalarına etiraz edən işçilər tərəfindən kəsilib. Tamaşaçılar arasından səhnəyə yaxınlaşan Əbusəd səhnədə Süleymana müraciət edərək, "Siz süni intellektdən yaxşılıq üçün istifadə etməyi düşündüyünüzü iddia edirsiniz, lakin Microsoft İsrail ordusuna süni intellekt silahları satır. 50 min insan öldü və Microsoft bölgəmizdə bu soyqırımı dəstəkləyir"-deyə, bildirmişdi.
Aytən Yaşar/ Turkustan.az