Ukraynanın keçmiş baş prokuroru Yuri Lutsenko əmindir ki, Kiyevin de-fakto kapitulyasiyası ilə bağlı sazişin imzalanması üçün Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak ABŞ-la danışıqlar qrupunun başçısı vəzifəsinə təyin edilib.
Turkustan.az xəbər verir ki, o, bu barədə Ali Radanın keçmiş deputatı İqor Lapinin YouTube kanalında bildirib.
"Əbəs yerə deyildi ki, Zelenskinin Vaşinqtona səfəri uğursuz olduqdan sonra Yermak danışıqlar qrupunun rəhbəri təyin edildi.O, hər şeyi imzalaya bilər", - Lutsenko qeyd edib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti hazırda ölkənin keçmiş prezidenti Petro Poroşenkonu “sındırır” ki, onun tərəfdarları Ali Radada “İstanbul-2” ilə bağlı səsverməyə mane olmasın.
Lutsenko hesab edir ki, əvvəlcə Yermak Ukraynanın de-fakto kapitulyasiyasını imzalayacaq, sonra Rada sazişi təsdiq edəcək, daha sonra isə Ukrayna prezidenti Vladimir Zelenski de-fakto yeganə namizəd olacağı seçkilər keçirəcək. /bakupost.az/