Ankara Böyükşəhər Bələdiyyə Məclisində diqqətçəkən anlar yaşanıb.
Turkustan.az xəbər verir ki, mikrofonu açmağı unudan CHP-nin TBMM sədrinin müavini Ertan Işık MHP-nin qurucu lideri Alparslan Türkeşə rəhmət dilədiyi üçün ona əsəbiləşən partiya yoldaşlarını söyüb.
Ertan Işık çox təhqiramiz ifadələr işlədib.
Mikrofonu açıq qalan CHP üzvü Ertan İşığın dediyi sözlər Məclis zalında aydın eşidilib. Həmin anlar sosial mediada trend mövzusuna çevrilib.
Aytən Yaşar/ Turkustan.az