Bu bələdiyyə sədri CHP-dən istefa verdi


Qaziantep Şehitkamil Bələdiyyə Başçısı Umut Yılmaz partiyası CHP-dən istefa verib.

Turkustan.az xəbər verir ki, CHP Şehitkamil Bələdiyyə Başçısı Umut Yılmaz Qaziantepdə partiyasından istefa verib. Yılmazın CHP-dən istefasını elektron hökumət vasitəsilə etdiyi öyrənilib.

Umut Yılmaz Əkrəm İmamoğlunun həbs olunduğu martın 19-dan bəri partiyası ilə bağlı heç bir paylaşım etməyib və həbs olunan bələdiyyə sədrləri ilə bağlı susması partiya daxilində reaksiyalara səbəb olub. Yılmazın bir müddətdir CHP ilə fikir ayrılığı olduğu məlum idi.

Digər tərəfdən, 31 mart 2024-cü il yerli seçkilərində CHP Qaziantepdə bir ilkə imza atdı. CHP 1 milyon əhalisi ilə Türkiyənin 6-cı ən böyük mahalı olan Şehitkamil Bələdiyyəsini qazandı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ