Onlar ABŞ-ın 2 hərbi gəmisinə hücum etdilər


Yəməndə İranın dəstəklədiyi husilərin hərbi sözçüsü Yəhya Seri video açıqlama verib.

Turkustan.az xəbər verir ki, İsrailin paytaxtı Təl-Əvivdə bir hərbi nöqtəni hədəf aldıqlarını açıqlayan Seri, "İşğal altındakı ərazilərdəki hərbi hədəfə qarşı Yaffa tipli pilotsuz uçuş aparatı (PUA) ilə əməliyyat keçirildi"-deyə, bildirib.

Seri həmçinin Qırmızı dənizdə iki ABŞ gəmisinin də hədəf alındığını vurğulayıb.

Bildirək ki, Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıb. Husilərin lideri Əbdül-Malik əl-Husi də ABŞ təyyarələri və döyüş gəmilərinin husilərin hədəfi olacağını və hücumlarını davam etdirdikləri müddətcə dənizdə naviqasiyanın maneə törədilməsinin Vaşinqtonu da əhatə edəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ