Suriyanın yeni dövlət başçısı Əhməd əl-Şara, Rusiya prezidenti Putinə göndərdiyi məktubda devrilmiş lider Bəşşar Əsədin ölkəsinə qaytarılmasını və Suriyada mühakimə olunmasını tələb edib. Lakin bu tələbi Rusiya rədd edib. Rəsmi Moskva buna səbəb olaraq Əsədin Moskvadakı varlığının bilavasitə Putin tərəfindən və "tam şəkildə media və siyasi fəaliyyətdən kənar qalmaq şərti" ilə qəbul edildiyini bildirib.
Suriyada Əsədin devrilməsindən sonra yeni hökumət qurulub. 8 dekabr bazar günü, Suriya-Rusiya böhranı zamanı Bəşşar Əsəd ailəsi ilə birlikdə Rusiyaya qaçaraq Moskvada məskunlaşıb.
Rusiyanın Bağdaddakı səfiri Alperus Kotraşev, İran İslam Respublikası xəbər agentliyinə verdiyi açıqlamada bildirib:
"Bəşşar Əsədin Moskvada qalması üçün əsas şərtlərdən biri onun tamamilə media və siyasi fəaliyyətlərdən uzaq durmasıdır. Bu vaxta qədər onun tərəfindən hər hansı bir qayda pozuntusu müşahidə edilməyib."
Bu açıqlama ilə Əsəd və ailəsinin Moskvanın qoyduğu qaydalara əməl etdiyi vurğulanıb.
Əhməd əl-Şaranın Rusiyaya ünvanladığı "Əsədi mühakimə üçün təhvil verin" tələbini Rusiya rəsmiləri sərt şəkildə rədd edib. Bildirilib ki, Əsəd və ailəsi Putinin birbaşa qoruması altındadır. //Milli.Az/