İsrail işğal etdiyi ərazilərə tur səhayəti təşkil edəcək - İDDİA


“Haaretz”in xəbərinə görə, İsrail ordusunun Suriyada işğal etdiyi bölgəyə “turist turu” təşkil edəcəyi iddia edilib.

Turkustan.az xəbər verir ki, xəbərdə Suriyanın bu bölgələrində İsrail ordusunun nəzarəti altında bir turun təşkil ediləcəyi və bu turların Colan təpələrindəki yaşayış məntəqələri ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəyi "ilk dəfə olacaq" iddia edilib.

Qeyd edilib ki, İsrail vətəndaşları üçün nəzərdə tutulan “turist turları” əvvəllər mülki şəxslərin “nadir hallarda ziyarətinə icazə verilən” əraziləri əhatə edəcək.

Bildirilib ki, tur çərçivəsində İsrail, Livan və Suriya sərhədlərinin qovşağında yerləşən Rukkad vadisi, eləcə də Hermon dağı (Cəbəl əl-Şeyx), Cəbəl əl-Rus və Yərmuk çayı yaxınlığındakı Hicaz dəmir yolu tuneli də ziyarət ediləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ