Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı altı təşkilatın rəhbəri deyib: “Biz Qəzzada insan həyatına tam biganəlik nümayiş etdirən müharibə aktlarının şahidi oluruq".
Turkustan.az xəbər verir ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA), BMT-nin Uşaq Fondu (UNICEF), Ümumdünya Ərzaq Proqramı (WFP), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) və BMT-nin Layihə Xidmətləri Ofisinin rəhbərləri (UNOPS) birgə bəyanat yayıblar.
Açıqlamada bir aydan çoxdur ki, nə humanitar yardımın, nə də kommersiya mallarının Qəzzaya daxil ola bilmədiyi, 2,1 milyon insanın yenidən bombardman edildiyi, aclıq və mühasirədə saxlandığı qeyd edilib.
Aytən Ysşar/ Turkustan.az