ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahunun birgə mətbuat konfransının ləğv edildiyi açıqlanıb.
Turkustan.az xəbər verir ki, Türkiyə vaxtı ilə saat 21:30-da başlaması planlaşdırılan mətbuat konfransının ləğvi ilə bağlı məlumat Ağ Evdən gəlib. Onların birgə mətbuat konfransı ləğv edilərkən, ikilinin Oval Ofisdə məhdud sayda müxbirin suallarını cavablandıracağı bildirilib.
Benyamin Netanyahu görüş üçün Ağ Evə gələrkən Tramp tərəfindən qarşılanıb.
Həmin görüşdən sonra hər iki tərəfin rəsmiləri, o cümlədən Trampın Yaxın Şərq üzrə nümayəndəsi Steve Witkoff ilə geniş tərkibdə görüş keçiriləcək.
Aytən Yaşar/ Turkustan.az