Aİ gömrük rüsumları ilə bağlı ABŞ-dan müzakirə aparmağı tələb edir


Avropa İttifaqının (Aİ) ticarət komissarı Maros Şefçoviç ABŞ-ın Aİ-yə tətbiq etdiyi tarifləri müzakirə etmək istədiklərini bildirib.

Turkustan.az xəbər verir ki, Şefçoviç açıqlamalarını Aİ-yə üzv ölkələrin ticarət nazirlərinin Lüksemburqda keçirilən toplantısının sonunda verib.

Görüşdə ABŞ ilə ticarət problemlərini müzakirə etdiklərini deyən Şefçoviç ABŞ ticarət rəsmiləri ilə görüşləri barədə nazirləri məlumatlandırdığını bildirib.

"Ən mühüm tərəfdaşımız olan ABŞ ilə ticarət vəziyyəti çətin vəziyyətdədir. Tariflər Aİ-nin ABŞ-a 380 milyard avro dəyərində ixracına təsir edir"-deyə, Şefçoviç deyib.

AB-nin ABŞ-a ixracatının 70 faizinin 20, 25 faiz və ya daha yüksək tariflərlə üzləşdiyini qeyd edən Şefçoviç: "Bu, indiki 7 milyard avrodan 11 dəfə yüksək bir məbləğdir. Bu, 80 milyard avrodan çox tariflər deməkdir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ