ABŞ prezidenti Donald Tramp gömrük rüsumları ilə bağlı yeni açıqlama verərək Çinə xüsusi önəm verib.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə “Social Truth” sosial media platformasında açıqlama verib.
Çinin ABŞ-ın tətbiq etdiyi 34 faizlik gömrük rüsumuna cavab verməsinə toxunan Tramp, Çinin bu rüsumunu geri götürməməsi halında əlavə 50 faiz gömrük rüsumu tətbiq edəcəklərini açıqlayıb.
Tramp əlavə tariflər üçün aprelin 9-u göstərərək Çinə vaxt verdi.
Tramp həmçinin verginin tətbiqi davam edərsə, vergilərlə bağlı heç bir danışıqların olmayacağını və dərhal digər ölkələrlə danışıqlara başlayacağını bildirib.
Aytən Yaşar/ Turkustan.az