Çin Ermənistanın nüvə enerjisinin tikintisi və inkişafında fəal iştirak etməyə hazırdır.
Turkustan.az xəbər verir ki, bunu Çinin Ermənistandakı müvəqqəti işlər vəkili Min Çen deyib.
Çen həmçinin vurğulayıb ki, Pekin Ermənistanı “Bir kəmər - bir yol” təşəbbüsü çərçivəsində nəqliyyat layihələrinə daha fəal cəlb etmək niyyətindədir. Bununla bağlı Ermənistanın “Sülhün kəsişməsi” (“Dünyanın kəsişməsi”) proqramı ilə sinxronizasiya imkanları nəzərdən keçirilir.
Qeyd edək ki, Ermənistan hökuməti yeni atom elektrik stansiyasının tikintisi imkanını nəzərdən keçirir. Çünki “Rosatom”un iştirakı ilə modernləşdirmə sayəsində ömrü uzadılan Metsamor AES-in istismar müddəti 2036-cı ildə başa çatacaq. Mümkün enerji çatışmazlığının qarşısını almaq üçün yeni stansiyanın tikintisi bu müddətə qədər başa çatdırılmalıdır. /axar.az/