Almaniyada təhdid məktubları qorxutdu: Təhsil dayandırılır


Almaniyanın Duysburq şəhərindəki 15 ibtidai və orta məktəbdə məktəblərə göndərilən hədə xarakterli elektron məktublara görə təhsilin bir günlük dayandırıldığı bildirilib.

Turkustan.az xəbər verir ki, Duysburq polisi verdiyi açıqlamada, hələlik adları müəyyən edilməmiş ifrat sağçı ekstremistlərin bəzi məktəblərə təhdid dolu elektron məktublar göndərdiyini bildirib.

Açıqlamada təhlükə səbəbindən 15 ibtidai və orta məktəbdə təhsilin bir gün müddətinə dayandırıldığı, 18 min şagirdin bu çərçivədə məktəbə gedə bilməyəcəyi qeyd edilib.

Göndərilən elektron məktublarda “təmizlik”dən bəhs edildiyi və bu sözün də Milli Sosialist dövründə yəhudi, sinti, qaraçı və əlillərə qarşı edilən zülmü ifadə etmək üçün istifadə edildiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ