Qlobal bazarlar çaxnaşma içində titrədiyi bir vaxtda ABŞ prezidenti Donald Tramp az qala dünyaya meydan oxuyan bir açıqlama verib.
Tramp sosial media hesabından etdiyi paylaşımda bu tarifləri geri çəkməyəcəyini Çini və digər ölkələri hədəfə alacağını qeyd edibş
“Neft qiymətləri aşağı düşüb, faiz dərəcələri aşağı düşüb, ərzaq qiymətləri aşağı düşüb, inflyasiya yox!, ABŞ artıq istismar edilmir, çünki biz tariflərlə hər həftə milyardlarla dollar qazanırıq!”, -deyə o, bildirib.
“Mən buna görə seçildim”, - deyən Tramp ABŞ-nin qalib gəldiyini iddia edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycan da daxil olmaqla Dünya ölkələrinə yeni tariflər tətbiq etdiyini açıqlayıb. Tramp ABŞ-ın digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini və minimum tarif dərəcəsinin 10% olacağını açıqlayıb. /AzPolitika.info/