Tramp: ABŞ tariflərdən sonra həftədə milyardlar qazanır


ABŞ prezidenti Donald Tramp milyardlarla dollar gəlirin başqa ölkələrə tətbiq edilən rüsumlarla əldə edildiyini bildirərək, ölkəsində neftin, faizlərin və ərzaq qiymətlərinin aşağı düşdüyünü bildirib/

Turkustan.az xəbər verir ki, Tramp mövzu ilə bağlı “Truth” sosial media platformasında açıqlamalar verib.

ABŞ-da neft və ərzaq qiymətləri, faiz dərəcələri və inflyasiyanın aşağı düşdüyünü müdafiə edən Tramp, tətbiq etdiyi gömrük tarifləri sayəsində ölkəsinin “həftədə milyardlarla dollar gəlir” əldə etdiyini iddia edib.

İqtisadiyyatı “çökməkdə” olan Çinin ABŞ-a əlavə 34 faiz tarif tətbiq etməsinə baxmayaraq, Tramp bu gəliri əldə etdiklərini bildirib.

Ölkələrin illərdir ABŞ-ın “nemətlərindən bəhrələndiklərini” və kifayət qədər qazandıqlarını ifadə edən Tramp, “bunun baş verməsinə imkan verən ABŞ-ın əvvəlki administrasiyalarını günahlandırmaq” lazım olduğunu müdafiə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ