ABŞ bu ölkə ilə hərbi təlimlərə başladı


Filippin və ABŞ arasında "Cope Thunder" adlı hərbi hava təliminin başladığı açıqlanıb.

Turkustan.az xəbər verir ki, Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Filippin Hərbi Hava Qüvvələrinin (PAF) sözçüsü polkovnik Konsuelo Kastillo verdiyi açıqlamada Malayziya, Tailand, Avstraliya, Yaponiya və İndoneziya hava qüvvələrinin nümayəndələrinin ilk dəfə beynəlxalq müşahidəçi qismində təlimə qatılacağını açıqlayıb.

Kastillo PAF ilə ABŞ Sakit Okean Hava Qüvvələri (PACAF) arasında hava təliminin Pampanqa əyalətində başladığını bildirib.

Filippinin "FA-50PH" və "A-29B Super Tucano" tipli döyüş təyyarələri ilə "S-76A" və "S70i" model helikopterləri də daxil olmaqla 729 hərbi qulluqçu təyin etdiyini bildirən Kastillo ABŞ-ın da 250 şəxsi heyət və 12 F-16 qırıcısı ilə təlimlərə qatılacağını qeyd edib.

Kastillo bildirib ki, təlimin əsas diqqəti hava manevrləri və taktika üzrə səhra hazırlığı təlimləri təşkil edəcək.

“Cope Thunder” adlanan təlim aprelin 18-dək davam edəcək.

Filippin və ABŞ arasında aprelin 11-də başa çatacaq illik "Salaknib və Balikatan (SABAK)" hərbi təliminin Salaknib mərhələsi martın 24-də başlayıb.

ABŞ və Filippin illik SABAK birgə hərbi təlimini keçirir. Yerli dillərdə Salaknib “qalxan”, Balikatan isə “çiyin-çiyinə” deməkdir.

Təlim zamanı Çindən ABŞ və Filippinə bəzi reaksiyalar ola bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Aprel 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930